ER Mədəniyyət naziri H.Poğosyan elanla çıxış edib

ER mədəniyyət naziri Hasmik Poğosyan Azərbaycanın mədəniyyət nazirinin yaxınlarda etdiyi elanla bağlı açıqlama ilə çıxış edib: “Azərbaycanın mədəniyyət nazirinin bu günlərdə etdiyi elanla tanış olaraq aydın olur ki, bizim qonşu dövlətimiz növbəti dəfə yalnız mədəniyyəti siyasətləşdirmir və münaqişələrin səhnəsinə çevirmir, eləcə də YUNESKO-nu: yəni, elə bir strukturu hansının ki, missiyası öz ətrafında millətləri birləşdirməkdir. Azərbaycan rəsmilərinin qeyri-sağlam rəqabətə daxil olmaq cəhdləri xalqlar arasında mədəniyyyətlərarası dialoqa xidmət etmir, əksinə onsuz da regiondakı gərgin vəziyyəti daha da gərginləşdirir.
Erməni xalqı zəngin mədəniyyət yaradıb, onu qonşu ölkələrin mədəniyyətləriylə zənginləşdirib, özü də başqaların mədəniyyətlərini zənginləşdirib, lakin heç vaxt hər hansı bir mədəniyyətinə öz əlini uzatmayıb. Halbuki 100 ildən az tarixi olan qonşu dövlət çoxəsrli mədəniyyəti olan xalqların ənənələrini, tarixini, mədəni irsini və nailiyyətlərini mənimsəməyə cəhd edir. Bu həmçinin beynəlxalq təşkilatlarda Azərbaycan tərəfindən yürüdülən siyasətdə və atdığı addımlarda görünür.
Bu ilk dəfə deyil ki, Ermənistan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irsin siyahısında yazılmaq məqsədiylə təqdim edilmiş iddiaların təsdiqlənməsindən sonra Azərbaycan “cavab” addımlarıyla çıxış edir. Beləliklə, biz lavaşı təqdim etdik, lakin onlar birdən “aşkar etdilər” ki, lavaş özlərinin milli çörəyidir və iki il sonra öz iddiasını təqdim etdilər. Eyni durum həmçinin “koçari” rəqsi ilə bağlı baş tutdu.
Erməni xalqının bu məsələdə özünün əsaslı mülahizələri, müşahidələri və tarixi faktları var. Lakin biz müzakirələr və mübahisələr genişləndirmək niyyətində deyilik qonşu xalqların dəyərləri hesabına öz nüfuzunu qaldırmaq məqsədini güdən bir proses ətrafında hansı ki, yenilik deyil, eyni zamanda səmərəli deyildir. İndi Bakının hakimiyyətləri növbəti əsassız və mənasız addımını atırlar, “tolma” xörəyinin hazırlanma ənənələrini YUNESKO-nun qeyri-maddi mədəni irsinin siyahısında cəlb etməyə çalışmaqla. Öz mənliyinə mütəmadi olaraq inanmayaraq və ümidini digər xalqlar üzərinə qoyaraq,iddianı YUNESKO-ya təqdim etməkdən əvvəl sadəcə digər türk xalqlarını unutmamaq lazımdır kimlər ki, bunların daşıyıcılarıdır. Xatırladaq ki, “türk” termini böyük etnik-dil qrupunu təmsil edir harada ki, qazaxlar, tatarlar, qırğızlar, türklər, türkmənlər, özbəklər, uygurlar və başqaları cəlb edilmişdir. Əgər “tolma” bütün bu millətlər sırasında yayılıbsa, onda ərəb, balkan, slavon aləmini və nəhayət erməni ənənələrini də unutmamaq lazımdır.
Qədim mədəniyyəti, yeganə alfaviti, YUNESKO-nun siyahılarında cəlb edilmiş minilliklər tarixi olan erməni eposu, xaçkarı və düdükü və ümumillikdə əzəmətli mədəni irsi olan və antik zəmanələrdən yazılı mənbələrdə xatırlanan ölkəmiz və xalqımız xörək ətrafında Azərbaycan tərəfinin təhrik etdiyi mübahisədə cəlb edilə bilməz. Bizim qonşu dövlətimiz bu gün demək olar ki, hər məsələ ətrafında mübahisə edir dərk etməməklə ki, mədəniyyət ümumillikdə sivilizasiya və slüh naminə yaradılır və inkişaf edir. Sülh isə bəşəriyyətin ən bahalı qiymətidir.”-deyə nazirin elanında qeyd edilir.