Beynəlxalq

“The Mail on Sunday” “Leyla Əliyevanın London mülkünün” şəklini dərc edib

Azadlıg- ın verdiyi məlumata görə

“The Mail on Sunday” qəzetində David Rose yazır ki, Londonun dəbdəbəli malikanələri korrupsiya ilə əldə olunmuş sərvətin simvoluna çevrilib.

Məqalədə deyilir ki, korrupsiyalı əcnəbi diktatorların və onların rəsmilərinin Londonun bahalı evlərini alması nəticəsində sadə londonluların yaşamaq üçün özlərinə ev alması qeyri-mümkün olub.

Qəzet yazır ki, bu həftə Londonun Lancaster House salonunda keçiriləcək antikorrupsiya sammitində baş nazir David Cameron çox güman, Britaniyanın, çirkli pulların yuyulmasına və mənimsənilməsinə qarşı mübarizənin ön cəbhəsində oldğunu bəyan edəcək.

“The Mail on Sunday” qəzetində David Rose yazır ki, Londonun dəbdəbəli malikanələri korrupsiya ilə əldə olunmuş sərvətin simvoluna çevrilib.

“Beşmətəbəli binanın altıncı mərtəbəsi”

Məqaləyə əlavə edilmiş şəkillərdən birində Londonun mərkəzindəki penthauslardan – bahalı “cardaq” mənzillərindən biri əks olunub.

“The Mail on Sunday” yazır ki, paytaxtın bahalı və dəbdəbəli Mayfair rayonunda, Park Lane küçəsində yerləşən bu mülkün 4 və 5-ci mərtəblərində yerləşən “çardaq mənzilin” sahibi Azərbaycan prezidenti İlham Əliyevin qızı və kübar xanım Leyla Əliyevadır.

“Əliyev ölkənin neft ehtiyatlarından milyardlar əldə edib və sızmış ABŞ diplomatik teletayplarında “mafia bossu”na bənzədilib” – deyilir şəkil sözündə.

Londonun dəbdəbəli malikanələri korrupsiya ilə əldə olunmuş sərvətin simvoluna çevrilib

Qəzet yazır ki, bu bina və onun mənzilləri ofşor şirkətlərin və Briytaniya firmalarının mürəkkəb şəbəkəsi vasitəsilə qeydiyyatdan keçirilib və bu ofşorlardan birinin direktoru Leyla Əliyevadır.

Lakin hökumətin tənqidçiləri bildririrlər ki, Britaniya hətta öz müstəmləkələrindəki “vergi cənnətlərini” “kitab-dəftərlərini” açdırmaqda və bu məqalədə şəkilləri dərc edilmiş London saraylarının əsl sahiblərinin kim olduğunu dedirtməkdə acizdir.

 

 

Daha çox göstər
Back to top button