A.Rustamyan:”Ermənistan tərəfindən Arstaxın müstəqilliyinin tanınması tam vaxtında baş verməlidir.”

MŞ Erməni İnqilab Daşnaklar fraksiyasının rəhbəri Armen Rustamyan: ”Ermənistan tərəfindən Arstaxın müstəqilliyinin tanınması tam vaxtında baş verməlidir.” Milli şurada jurnalistlərlə söhbətdə Rustamyan vurğuladı ki, əgər Ermənistan və Arstax hakimiyyətləri müzakirələr nəticəsində qərara gəlsə ki, indi bunun üçün tam vaxtı deyil, onda həqiqətən bunun vaxtı deyil. Eyni zamanda Rustamyan hesab edir ki, Arstaxın tanınması məsələsi daima Ermənistanın gündəliyində olmalıdır. “Ermənistan DQ-ı tanımayıb ki, bu beynəlxalq proses vasitəsiylə baş versin. Biz birtərəfli şəkildə tanımaq istəmirik, bu prosesi MQ çərçivəsində həyata keçirmək arzusundayıq. Bu Ermənistan tərəfindən böyük güzəştdir ki, danışıqlar vasitəsiylə hamı inansınlar ki, Qarabağın müstəqilliyi tanınmalıdır. Lakin əgər Azərbaycan danışıqları çıxmaz yola daxil etsə, danışıqları dayandırsa, Ermənistan üçün Qarabağı tanımaqdan başqa alternativ qalmır. Bunun üçün də daima deyirik ki, Artsaxın tanınması daima bizim gündəliyimizdə olmalıdır, lakin eyni zamanda hərbi qarşılıqlı köməklik müqaviləsi bağlanmalıdır. Bunun nəticəsində isə Qarabağa hücum etmək Ermənistana hücum deməkdir.”-deyə “Armenpess”-ə əsasən Rustamyan qeyd etdi. O əlavə etdi ki, Ermənistan heç vaxt beynəlxalq ictimaiyyət üçün təhdid olmayıb. “Biz heç vaxt müharibəyə başlamamışıq, bizi müharibə məcbur etmişlər. Və bu gün Ermənistanın təhdid olduğu haqqında danışanda, ilk növbədə qoy görsünlər ki, real təhdid kimdir. Qoy o haqda danışsınlar ki, türklər Naxçıvanda niyə qoşunlar yığır.”