Beynəlxalq

Jurnalist Seymur Həzi: “Bu, bütün azad söz döyüşçülərinə verilən mükafatdır”

Fritt Ord fondu  və Zeit-Stiftung fondu Azad Avropa Mətbuatı mükafatının 2016-cı il qaliblərinin adını açıqlayıb. “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” TV proqramının aparıcısı, həbsdə olan jurnalist, AXCP sədrinin müavini Seymur Həzi beynəlxalq səviyyədə Azad Media Mükafatına layiq görülməsinə münasibət bildirib. Bu haqda azadliq.info yazır. O vəkili Şəhla Hümbətova vasitəsilə çatdırdığı ismarışda bu mötəbər mükafata layiq görülməsini belə qiymətləndirib:

“Bu mükafat amfiteatrda həyat üçün döyüşən döyüşçüyə “həyat” deyə yüksələn alqışdır. Bu döyüşçü bu gün dünyanın hər yerində ölüm-dirim savaşı verən “Azad sözdür”. Bu mükafat bütün azad söz döyüşçülərinə verilməklə, təkcə azad sözə, onun fədailərinə dəstək deyil, həm də dünyamızın gələcək taleyinə məsuliyyətlə yanaşmanın ifadəsidir. Xüsusilə mənim adımın qabardılmasında rolu olan hər kəsə təşəkkür edirəm. Qoy uşaqlar müharibə görməsin, azad düçüncə ölümə və zindana səbəb olmasın”.

Seymur Həzi hakimiyyətin korrupsiyası barədə yazdığı məqalələrə görə təzyiqə və işgəncəyə məruz qalıb. 2014-cü ilin avqustunda jurnalist 5 il azadlıqdan məhrum edilib.

Məlumatda bildirilir ki, Seymur Həzinin namizədliyini Şahvələd Çobanoğlu, Zamin Hacı, Natiq Cavadlı, Mehman Hüseynov, Təhminə Tağızadə və Xədicə İsmayıl irəli sürüb. Xədicə İsmayıl hazırda həbsdədir. O cümlədən, Henrix Böll Fondunun Cənubi Qafqaz və Norveç Helsinki Komitəsi də Seymur Həzinin namizədliyini dəstəkləyiblər.

Daha çox göstər
Back to top button