Ekonomika
SOCAR Rusiyadan neft nəqlini iki dəfə azaldıb

Dövlət Neft Şirkəti 2016-cı ilin yanvar-aprelində Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə nəql edilən 239,536 min ton neft yükləyib.
2015-ci ilin yanvar-aprelində bu göstərici 508,486 min ton olub. contact.az -a görə Beləliklə, 2016-cı ilin yanvar-aprelində Novorossiysk limanından yüklənən neft həcmi 52,9% azalıb.
2016-cı ilin aprelıində SOCAR Novorossiysk limanından 159,599 min ton neft ixrac edib.
SOCAR-ın məlumatına görə, Urals markalı neft apreldə $40,48-a satılıb.