YUNESKO-da Xadicə İsmayilovanı azad etmək tələb edirlər

YUNESKO-nun baş müdiri İrina Bokova və YUNESKO-nun xoş məramlı səfiri Kristian Amanpur yenə Azərbaycan hakimiyyətlərini çağırmışlar ki, jurnalist Xadicə İsmayilovanı həbsxanadan dərhal azad etsinlər. Xatırladaq ki, keçən həftə o Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Eland qeyd edildiyi kimi, bu mükafat qanuni olaraq jurnalistin azad edilməsinə xidmət edir, əgər o azadlıqdan məhrum edilibsə. Beləliklə, ötən ildəki laureat Mətbuat azadlığın Suriya mərkəzinin prezidenti Mazen Darviş həbsxanadan azad edildi və bunun sayyəsində o Helsinkidə konfransda iştirak edə bildi. Xədicə İsmayılova iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib. Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyətilə bağlı olduğunu deyir. BMT-də hesab edirlər ki, məhkəmə prosesi pozulmalarla keçirilib. Mükafatın təhvil verilməsi mərasimində Helsinkidə Xdicəni anası təmsil edirdi.