İdman

Heydər Əliyevin postamentinə yazı yazanlar narkotik maddə saxlamaqda ittiham olunurlar

DİN külli miqdarda narkotik maddə alverçilərinin tutulduğunu bildieib. Onlar NİDA Hərəkatının gənc fəalları Bayram Məmmədov və Qiyas İbrahimovdur. Bu haqda Sontact.az məlumatlandırıb.

DİN-in məlumatına görə, Sabunçuda yaşayan Bayram Məmmədovdan 2,904 qr. heroin, evinə baxış zamanı isə əlavə olaraq 1,15 kq heroin aşkar edilərək götürülüb.

Nəsimi rayonunda yaşayan Qiyas İbrahimovdan isə 2,607 qr. heroin, mənzilinə baxış zamanı isə 1,01 kq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin vəkili Elçin Sadıqov gənclərin yanına buraxılmayıb. Onlar Nərimanov Rayon Polis İdarəsinin 12-ci bölməsində saxlanılır.

“Onları müvəqqəti saxlama yerinin həyətini süpürməyə məcbur ediblər. Mən buna etiraz edəndə məni oradan çıxardılar və danışmağa imkan vermədilər”, – vəkil Turan-a bildirib.

NİDA-nın bəyanatına görə, hər iki gənc mayın 10-na keçən gecə Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə etirazçı şüarlar yazdıqlarına görə saxlanılıb.

Külli miqdarda narkotik maddənin saxlanmasına görə gəncləri 12 ilədək həbs cəzası gözləyə bilər.

Daha çox göstər
Back to top button