Ekonomika

Azərbaycanın “Şahdəniz” layihəsindən gəlirləri kəskin azalıb

Azərbaycanın PSA sazişlər çərçivəsində qaz gəlirləri ilin ilk aylarında kəskin azalıb. Bunun Dövlət Neft Fondunun açıqladığı məlumatlar göstərir.

ARDNF-nin məlumatına görə, 2016-cı ilin I rübündə qaz ixracından gəlirlər ötən ilin eyni dövrünə nisbətən iki dəfə azalaraq $40 mln təşkil edib.

Contact.az-ın verdiyi məlumata görə Orta aylıq mədaxil $13,3 mln olub. Apreldə isə gəlir $5 mln-a düşüb.

Turan agentliyinin analizi göstərir ki, I rübdə və apreldə gəlirlərin azalmasına iki amil təsir göstərib: əvvəla, “Şahdəniz-2” çərçivəsində ən iri investisiyalar 2016-2017-ci illərə düşür. İkincisi ixrac qazının qiyməti 25% ucuzlaşıb.

2007-ci ildən 1 may 2016-cı ilə kimi Azərbaycanın “Şahdəniz” yatağının mənfəət qazının satışından gəlirləri $2 mlrd 488 mln olub.

Daha çox göstər
Back to top button