Beynəlxalq

Amnesty İnternational gənc fəalların həbsini pisləyir

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda 22 yaşlı Qiyas İbrahimovun və 21 yaşlı Bayram Məmmədovun həbsini pisləyib. Gənclər Heydər Əliyevin abidəsi üzərində qraffiti yazdıqdan sonra qanunsuz narkotik dövriyyəsində ittiham olunublar.Bu haqda contact.az yazır.

Təşkilatın bəyanatında qeyd edilir ki, gənclərə qarşı ittihamlar uydurma və siyasi motivlidir. Amnesty İnternational polis bölməsində gənclərə yetirilmiş bədən xəsarətlərinin müstəqil tibbi ekspertizasını həyata keçirməyə və zorakılıq izlərini sənədləşdirməyə çağırır. Aİ həmçinin hakimiyyəti irəli sürülmüş ittihamların və onlara qarşı pis rəftarın qərəzsiz araşdırılmasını təmin etməyə çağırır.

Məmmədov və İbrahimov mayın 11-də saxlanılıb. Növbəti gün məhkəmə onları 4 ay müddətinə həbs edib. Onlar vəkilə polis bölməsində qeyri-insani rəftara məruz qaldıqlarını bildiriblər.

Daha çox göstər
Back to top button