Ekonomika
Azərbaycanda hasilat tədricən azalacaq – OPEK

2016-cı ilin martında Azərbaycanda neft hasilatı həcmi sutkada 0,84 mln barrel olub. Bu, yanvar və fevraldakından 10 min və 20 min barrel azdır.
2016-cı ilin I rübündə orta hasilat sutkada 0,85 mln barrel olub, deyə OPEK bildirir.
OPEK-in proqnozua görə, 2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 40 min barrel azalaraq 0,82 mln barrel olacaq.
Contact.az-ın verdiyi məlumata görə proqnoz təşkilatın bu il üzrə əvvəlki proqnozu ilə müqayisədə dəyişməyib.
Azərbaycanda neftin çoxu AÇG yatağında hasil edilir.
2015-ci ildə burda Azərbaycan neftinin (41,69 mln ton) 75%-i (31,3 mln ton) çıxarılıb.
Turan-ın məlumatına görə, I rübdə AÇG-də hasilat həcmi sabit – sutkada 650 min barrel olub, apreldən azalma başlayıb.