Prezidentlər ən qısa müddətdə ATƏT –in araşdırıcı mexanizmlərini yerləşdirmək ətrafında razılığa gəliblər

RF Xİ naziri Serqey Lavrov Birləşmiş Ştatların dövlət katibi Con Keri və Fransada Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirlə,həmçinin, ATƏT MQ həmsədrlik edən ölkələr nümayəndələri ilə mayın 16-da Ermənistan və Azərbaycanın prezidentləri Serj Sarkisyan və İlham Əliyev ilə görüşüblər.Bu haqda ATƏT saytında yerləşdirilmiş Serqey Lavrovun,Con Kerinin və Arlem Deziri birgə bəyanatında bildirilib.Onlar münaqişənin hərbi həllinin mümkün olmamasını təstiqləmişlər. Həmsədrlik edən ölkələrin nümayəndələri 1994 və 1995-ci illərdə atəşkəs razılaşmasına hörmət etmək üçün öz öhdəliklərini təstiqləmişlər.Gələcək zorakalıqların təhlükəsini cüziləşdirmək üçün onlar ən qısa müddətdə ATƏT-in araşdırıcı mexanizmlərini yerləşdirmək işlərini başa çatdırılması üçün razılığa gəlmişlər.Prezidentlər həmçinin ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi təmsilçisinin idarəsini genişləndirilməsi ətrafında həmçinin razılığa gəlmişlər.Nəhayət,onlar naməlum itmişlərə dair məlumatları əvəz etmək ,Qırmızı Xaç beynəlxalq komitəsinin zəmanətiylə 2014-cü ilin oktyabrında Paris Sammiti zamanı olan öhdəlikləri hesaba almaqla razılığa gəlmişlər”-deyə bəyanatda bildirilib.