BaşlıcaSiyasət

S.Sarkisyan: “Əgər azərbaycanlılar öz vədlərini yerinə yetirməsə, eyni qiymətli cavab verməkdən başqa bizim digər çıxış yolumuz olmayacaq.”

Serj Sarkisyan: “Əgər azərbaycanlılar öz vədlərini yerinə yetirməsə, eyni qiymətli cavab verməkdən başqa bizim digər çıxış yolumuz olmayacaq. Əgər azərbaycanlılar atəşkəs rejimini pozsalar, biz müvafiq olaraq cavab verməyə məcbur olacağıq.” Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan dünən Vyanada keçirilmiş görüşün nəticələrinə toxunmaqla bəyan edib. Görüş nəticələrinə dair suala gəlincə prezident Sarkisyan qeyd edib ki, “həyat göstərər”. “Kimsə əvəzinə inandırmaq mənim tərəfimdən doğru deyil. Həqiqətən məqsədimiz odur ki, problemlərimizi sülh yoluyla və danışıqlar vasitəsiylə həll edək. Lakin əgər azərbaycanlılar öz vədlərini pozsalar və atəşkəsin şərtlərini pozsalar, müvafiq cavab verməkdən başqa alternativimiz olmayacaq. Ümidvaram  ki, pozulmalar az olacaq, lakin düşünmürəm ki, sabahdan pozulmalar heç olmayacaq. Ümidvaram ki, vəziyyət daha sakit olacaq.”-deyə Respublika başçısı əlavə edib.

Daha çox göstər
Back to top button