BaşlıcaSiyasət

E.Nalbandyan: “Nizamlanma gərək patetli və mərhələli icra edilsin”

“Son illərin danışıq prosesinin bütün mərhələlərində o cümlədən fikir mübadiləsi mərhələlərində hər hansı bir şübhə yoxdur ki, yanaşma daima eynilə olub və elə də qalmaqdadır.O haqda biz daima danışmışıq,o haqda həmsədrlər o cümlədən Lavrov danışmdır.Nizamlanma gərək patetli, mərhələli şəkildə icra edilsin”. Bu haqda ”Mediamaksa” verdiyi müsahibədə ER Xİ naziri Edvard Nalbandyan deyib. RF öz həmkarının DQ məsələsinin mərhələlərlə nizamlanmasına dair bəyanatına dair sualı o, belə cavablandırıb.

“Son illərdə intensivliklə qarşılıqlı güzəştlərin kompromis resepturası üzərində işləyirik və hətta neçə dəfələrlə düyün açılışına yaxınlaşmışıq, bununla belə eləcə də dəfələrlə Azərbaycan tərəfi geriyə addım atıb”-deyə Nalbandyan bildirib.

Ermənistanın Xİ naziri qeyd edib ki, Vyana görüşündən sonra Rusiyanın Xİ naziri, ABŞ dövlət katibinin və Fransanın Avropa məsələləriylə dövlət katibinin birgə bəyanatında qeyd olunan məsələlərin həyata keçirilməsi ola bilsin ki, danışıq prosesini bərpa etmək üçün mühüm şəraitlər yarada bilər.O ki, həmsədrlik edən ölkələrin nazirləri ilk dəfə Ermənistan və Azərbaycanın prezidentlərinin zirvəsində iştirak edirlər, bu onu göstərir ki, həmsədrlik edən ölkələr yeni gərginliyə icazə verməmək, danışıq prosesini bərpa etmək üçün əldə olunan şərtləşməni yerinə yetirməyə müstəsna olaraq mühüm yer verirlər”-deyərək nazir Nalbandyan qeyd edib.

O, ümidvar olduğunu bildirib ki, Azərbaycan bu dəfə həmsədrlik edən ölkələri və beynəlxalq cəmiyyəti məyus etməyəcək.

Daha çox göstər
Back to top button