Lvovda ermənilər ilə azərbaycanlılar arasında baş vermiş insident Ukraynada ER səfirliyinin diqqət mərkəzindədir

Lvovda ermənilər ilə azərbaycanlılar arasında baş vermiş insident Ukraynada ER səfirliyinin diqqət mərkəzindədir. Bu barədə “Armenpress” ilə söhbətdə Ukraynada ER fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyan qeyd etdi. “Ermənistan və Aərbaycan idmançıları arasında baş vermiş insident bizim diqqət mərkəzindədir. Konsulu Lvova göndərmişəm. Ki, orada bütün məsələləri aydınlaşdırsın. Ukraynanın Xİ nazirliyinə və müvafiq strukturlara notalar göndərmişəm açıqlama tələb etməklə, eləcə də günahkarların cavabdehliyini tələb etməklə. Bu Avropa birinciliyi idi, hətta azərbaycanlılar Federasiya sədrini kürəklərlə döymüşdülər.”-deyə səfir qeyd edib. O dedi ki, komandamız Yerevana gedəndə, o vaxta Azərbaycanın komandası da hava limanında idi. Azərbaycanın nümayəndə heyəti erməni idmançılardan üzr istəyib. Mayın 16-dakı insidentə gəlincə, səfir dedi ki, bu da diqqət mərkəzindədir. “Mən müvafiq orqanların rəhbərləriylə söhbət etmişəm, hüquq mühafizə orqanları ilə əlaqədəyəm. Gələcək addımları gözləyirik. Bu gərginliyin anı narazı edir, çoxsaylı kəndlərdə, şəhərlərdə çoxsaylı ermənilər və azərbaycanlılar yaşayır. Əlimizdən gələni edirik ki, problem daha genişləndirilməsin.”-deyə səfir əlavə edib.