Ermənistanda YTMT “Kobalt-2016” hərbi təlimləri keçiriləcək

YTMT Xüsusi təyinat qüvvələri çərçivələrində üzv ölkələrin daxili işlər qoşunlarının iştirakıyla mayın 24-26-da Ermənistanda xüsusi təyinatlı qoşun bölmələrinin taktiki təlimləri keçiriləcək. Bu haqda “Ria novosti” agentliyi bildirib.
“Mayın 24-26-da ER-da YTMT üzv ölkələrinin daxili işlər qoşunlarının (polis) və taktiki-xüsusi qüvvələrinin iştirakıyla “Kobalt-2016” hərbi təlimləri keçiriləcək.
Hərbi təlimlərin gedişatını YTMT Baş katibi Nikolay Bordyuja müşaiyyət edəcək”-deyə yayılmış bəyanatda qeyd olunub.
Verilən məlumata görə hərbi təlimlər ərzində terrorizm qruplaşmalarının təcavüzü, silahın, narkotik maddələrin, eləcə də qeyri-qanuni daşınması yollarının qarşısını almağa istiqamətlənmiş planlar, proseslər, həyata keçirən qüvvələrin qabiliyyətləri təkminləşdiriləcək. Hərbi təlimlərdə hərbi və transport vertolyotları iştirak edəcəklər.