Ekonomika

Oqtay Haqverdiyev: uzun vaxt neftin bir barelinin 40-50 dollar qiymətiylə ilə barışmaq lazımdır

Azərbaycanlı ən yaxşı iqtisadçılardan biri olan 80 yaşlı Oqtay Haqverdiyev hamını çağırır ki, neft qiymətlərinin kəskin artmasını gözləməsinlər. Bu barədə vesti.az yazır. Abc.az-a isə Haqverdiyev deyib ki, neftin bir barelinin 40-50 dollar qiyməti uzunmüddətli amildir ki, onu da biz dəyişdirə bilmirik. “Belə qiymətlər Azərbaycan iqtisadiyyatının yeni-yeni struktur disbalansları açır və bizim üçün bunları tarazlaşdırmaq getdikcə güclənir. Hazırkı vəziyyət 2008-2009-cu illərdəki böhrandan xeyli fərqlənir. O vaxt, məsələn, ehtiyatlardan alınmış 2 milyardın hesabına bank sektorunu sabitləşdirmək mümkün oldu. Lakin bu gün belə ehtiyatlar artıq yox.”-deyə Haqverdiyev bildirib. Bu həftə ABŞ Energetika nazirliyi nəzdində işləyən Enerji informasiya agentliyi öz proqnozunu neft qiymətlərinə dair 2020-ci ilə kimi bir barel üçün 77 dollara qədər çatdırdı.

Daha çox göstər
Back to top button