Ukraynanın Lvov şəhərində Erməni və Azərbaycanlı icma rəhbərləri görüşüblər

Mayın 16-da Ukraynanın Lvov şəhərində ermənilər və azərbaycanlılar arasında baş vermiş hadisənin xırdalıqlarını müzakirə etmək üçün bu gün mayın 19-da Ukraynanın erməni və azərbaycanlı icma rəhbərləri görüşüblər.
Bu haqda NEWS.am-in müxbirinə Lvovda erməni icmasının rəhbəri Nikolay Koçaryan deyib.
“Görüşmüşük, barışmışıq. Gələn həftə məsələni müzakirə etmək üçün yenə görüşmək fikrindəyik.İndiki anda hər şey yaxşıdır”-deyə Nikolay Koçaryan qeyd edib.
Xatırladaq ki, Ukraynanın Lvov şəhərində mayın 12-15-də keçirilən Fu-nun Avropa birinciliyi zamanı artsaxlı Davit Petrosyanın böyük üstünlüklə keçən döyüşün sonunda Azərbaycanın komandası erməni idmançısı üzərinə hücum edərək zərbələr endirmiş, onun üzərinə arxadan eləcə də rinqdə olan azərbaycanlı rəqibi hücuma keçmişdir.Ondan sonra Azərbaycan komandasının məşqçiləri və idmançıları dəyənəklərlə Ermənistanın Yığması üzərinə hücuma keçmişlər.
Mayın 16-da mətbuat vasitələrinə əsasən ermənilər və azərbaycanlılar arasında toqquşma olmuşdur.
Toqquşmalardan sonra Lvovda vəziyyət kifayət qədər gərgin idi.