Ekonomika

AİB baş nazirləri Neft məhsulunun vahid bazarının reglamenti istiqamətində razılığa gəliblər

Avrasiya hökumətlərarası şurasının dar tərkiblə görüşündə AİB baş nazirləri bir sıra mühüm məsələlər müzakirə etmişlər ki, onları da jurnalistlərə Avrasiya iqtisadi komissiyasının sədri Tigran Sarkisyan təqdim etdi. “Armenpress”-ə əsasən, Tigran Sarkisyan qeyd etdi ki, 2016-cı il üçüncü ölkələr və beynəlxalq iqtisadi birliklər ilə ticari-iqtisadi əlaqələrin dərinləşməsi ili kimi bəyan edilir ki, onun da çərçivəsində baş nazirlər Avrasiya iqtisadi birliyi-Çin ticari-iqtisadi müqaviləsinə dair məsələlər müzakirə etmişlər.

“Gündəliyin ilk məsələsi o idi ki, Çin ilə necə danışıqlar aparmalıyıq. Bunun iqtisadi birlik üçün böyük əhəmiyyəti var ki, onun da yerinə yetirilməsini bizə ölkələr başçıları tapşırmışlar. Bu gün hökumətlər rəhbərləri arasındakı müzakirələr deməyə yol verir ki, ümumi anlaşma var ki, bu dialoqu necə aparmaq lazımdır. Biz düşünürük ki, münasibətlərin dəqiq qurulması təqdirdə ölkələrin iqtisadi artımı üçün ciddi stimullar var.”-deyə Tigran Sarkisyan bildirib. O deyib ki, Neft və neft məhsulunun birgə bazarı reglamenti istiqamətində razılaşma əldə olunub. Keçmiş iclas zamanı da bu məsələ müzakirə edilib, tərəflər arasında açıq müzakirə genişləndirilir və bu gün artıq deyə bilirik ki, razılaşma əldə olunub ki, bu ayın axırında prezidentlərimizin təsdiqinə sənəd təqdim edilsin.”-deyə Tigran Sarkisyan əlavə edib. “Biz qərar aldıq ki, müzakirələrə Soçidə davam etdirək və artıq oktyabrda Minskdə şuranın növbəti görüşündə son razılaşma qeydə ala biləcəyik.”-deyə o öz sözünü yekunlaşdırıb.

Daha çox göstər
Back to top button