Beynəlxalq

Azərbaycanda 14 mindən çox iş yeri bağlanıb

2016-cı ilin I rübü ərzində ölkədə 48 min yeni, o cümlədən 42 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 64,6%-i qeyri-dövlət sektorunda açılıb.
Bu barədə Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Yeni iş yerlərinin 25%-i Bakı şəhərinin, 1,2%-i Naxçıvan Muxtar Respublikasının, 73,8 %-i regionların payına düşüb. Daimi iş yerlərinin 7,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 30,4%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 61%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.

Qeyd edilir ki, komitənin məlumatına görə, 2014-cü ilin yanvarın 1-dən 2016-cı ilin aprelin 1-dək Azərbaycanda ümumilikdə 291,1 min olmaqla 238,2 min daimi iş yerləri yaradılıb. Bundan başqa, komitədən qeyd edilib ki, 2016-cı ilin I rübündə ölkədə 14,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 78,1%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,4%-i fərdi sahibkarlıq subyektlərinin, 15,3%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 21,3%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Daha çox göstər
Back to top button