SOCAR yanvar-fevral aylarında qaz hasilatını təxminən 5% azaldıb
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-fevral aylarında 1 mlrd. 47,5 mln. kubmetr qaz hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Fevral ayında şirkət tərəfindən 504,4 mln. kubmetr qaz hasil olunub. Ümumilikdə 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan üzrə qaz hasilatının həcmi 4 mlrd. 888 mln. kubmetr (artım 1,3%), fevralda 2 mlrd. 368 mln. kubmetr təşkil edib.
2015-ci ildə SOCAR 6 mlrd. 871,4 mln. kubmetr qaz hasil edib. Azərbaycan üzrə isə qaz hasilatının həcmi 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib. Cari ildə Azərbaycan hökuməti qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.