
DQR XİN elan yayıb harada ki, deyilir: “Mayın 17-də Azərbaycanın XİN növbəti uydurma elanlarla çıxış edib aprelin 2-5-də hərbi əməliyyatların ərzində qadağan edilmiş hərbi məhsulun, xüsusən ağ fosforlu minaların istifadə edilməsi haqqında. Beynəlxalq ictimaiyyətə dezinformasiya təqdim etmək özlərinin ənənəvi kampaniyasına davam etməklə, Azərbaycan saxtakarlıqlardan istifadə etməyə də davam edir. Özünün təbliğat əməliyyatlarına əhəmiyyət vermək məqsədiylə Azərbaycan tərəfi bunlara həmçinin Azərbaycanda vəkalətlənmiş xarici diplomatları və akkreditə edilmiş hərbi ataşələri cəlb etməyə çalışır.
Saxtakarlıqlar və həqiqətin təhrif edilməsi artıq çoxdan qanuni şəkildə istifadə edilir. Bunlar Azərbaycanın xarici siyasətinin bölünməz hissəsidir. Hələ 1993-ci ildə Azərbaycan tərəfi kimyəvi silahın istifadə edilməsi haqqında oxşar ittihamlarla çıxış edirdi ki, onlar da o vaxt BMT-nun xüsusi missiyası tərəfindən inkar edildi. BMT ekspertlərin yekunlarının əsasında BMT Baş katibi təsdiqlədi ki, “qrupa kimyəvi silahın istifadə edilməsi faktını təsdiqləyən hər hansı bir sübut təqdim edilməyib.”
Gələn illərdə Azərbaycan tərəfi daha mənasız ittihamlarla çıxış edib: 1993-cü ildə Azərbaycana qarşı nüvə silahının istifadə edilməsinə və DQR-da nüvə tulantılarının saxlanılmasına, Ermənistanı və DQR-nı bekteoloji silah bazasına çevirmək, narkotik maddələrin istehsal edilməsinə və s. dair. Diqqətə layiqdir ki, Azərbaycan tərəfi mövcud olmayan elmi jurnallara, məruzələrə, təşkilatlara istinad edirdi.
Köhnə ittihamları canlandırmaqla, Azərbaycan gücün tətbiq edilməsi və 1994-1995-ci illər atəşkəs haqqında müqavilələrin qeyd-şərtsiz qorunmasından imtina etmək öz siyasətini doğrultmağa çalışır, həm də DQR hərbi xidmtəçilərinə və dinh əhalisinə qarşı Azərbaycan ordusunun törətdiyi real hərbi cinayətlərdən diqqətini əymətə çalışır.
Bununla bağlı beynəlxalq ictimaiyyəti çağırırıq ki, Azərbaycan tərəfinin bu iddialarına tənqid edici şəkildə yanaşsınlar. DQR öz növbəsində xüsusi müşahidəçi missiyasını qəbul etməyə hazırdır, yerində bütün faktları araşdırmaq və aprelin 2-5-də Azərbaycan tərəfindən başlanmış təcavüzün xırdalıqlarını, bunun ərzində törədilmiş beynəlxalq humanitar hüquq normalarının pozulmalarını araşdırmaq üçün.”