Siyasət

Edelgard Bulmahn: DQ zonasında monitoringin təsdiqlənməsi gərginliyin qarşısını almaq üçün mühüm ön şərtdir

Almaniya əmindir ki, DQ münaqişəsi hərbi yolla həll oluna blməz və həll olunmaz. “Armenpress”-ə əsasən, bu barədə ER Milli şurasında jurnalistlərlə görüşdə Almaniya Federativ Respublikası Bundestagın sədr müavini Edelgard Bulmahn bəyan etdi. “Ona görə biz çağırırıq ki, tərəflər atəşkəs ətrafında əldə olunmuş yeni razılaşmanı qorusunlar. Bizcə, monitoring mexanizmlərinin təsdiqlənməsi təmas xəttində münaqişənin gələcək qızğınlaşmasının qarşısını almaq işində mühüm ön şərt olacaq.
“Bu monitoring prosesinin tərkib hissəsi həmçinin ATƏT idrəsinin şəxs heyətinin genişləndirilməsi olacaq regionda sülhün təsdiqlənməsi istiqamətində.”-deyə alman rəsmi bildirib. Bundestagın sədr müavini ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan prezidentləri arasında gözlənilən görüşlər Vyanadakı görüş kimi səmərəli olacaq. “Ümidvarıq ki, atəşkəs ətrafında əldə olunmuş razılaşma gələcək danışıqların bərpa edilməsi üçün əsas kimi xidmət edəcək, danışıqların əsasında isə MQ həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər düşəcək.”-deyə Edelgard Bulmahn qeyd eti.
Deputat həmçinin inandırdı ki, ATƏT sədrliyini götürdüyü Almaniya, şəxsən Xİ naziri regiondakı münaqişələrin qızğınlaşmasının qarşısını almaq üçün öz səylərini əsirgəmirlər.”

Daha çox göstər
Back to top button