
“MQ həmsədr ölkələrin Xİ nazirlərinin elanında aydın şəkildə tərəflərin götürdüyü öhdəliklər və raılaşmalar qeydə alınıb. Lakin Azərbaycan artıq geriyə addım atmağa cəhd edir.”-deyə “Azatutyun” radio stansiyasına ER Xİ naziri Edvard Nalbandyan bildirməklə əlavə edib: “Diqqətə layiqdir ki, bu bəyanatların müəllifləri azərbaycanlı məşhur rəsmilərdir, məhz Azərbaycanın Xİ nazirinin qeyd etdiyi kimi paytaxtdan alınmış tapşırıqları olmadan müstəqil fəaliyyət ilə məşğul olan Azərbaycanın səfirləridir.
Faktiki olaraq Bakının məntiqi ilə elə qənaətə gəlmək olar ki, samitdə bütün iştirakçılar, o cümlədən ABŞ dövlət katibi, Rusiyanın Xİ naziri, Fransanın Dövlət katibi əldə olunmuş razılaşmaları səhv anlamışlar. Bu da bir daha təsdiqləyir ki, beynəlxalq ictimaiyyət və Bakı ayrı dillərdə danışırlar. Bakının cəhdləri nahaqdır. Ermənistan həmsədr ölkələr ilə əlindən gələni edəcək ki, Vyanada əldə olunmuş razılaşmalar həyata keçirilsin, həmsədr ölkələr ilə birgə səylərinə davam etdirmək üçün şərait yaradılsın.”