Siyasət

Mardakert. Təhsil ilinin ən mühüm başa çatan dərsi

Artsaxın Mardakert şəhərində bu günlərdə inşaat işləri aparılır. Aprel müharibəsi günlərində şəhərdə minlərlə mərmilər partlayıb ki, onun nəticəsində 14 bina dağıdılmış, yüzlərlə binalarasa zərər dəymiş, çoxsaylı evlərdə pəncərə şüşələri parçalanmışdır.

İndi şəhərdə evlər təmir olunur, şüşələr dəyişdirilir, binalar bərpa olunur. Müvəqqəti olaraq müxtəlif yaşayış yerlərində sığınmış mardakertlilər öz doğma evlərinə yurd –yuvalarına qayıdır.

Vaqif Mirzoyan şəhər komunal təsərrüfatının rəhbəridir. Hətta bombardıman zamanı belə, həmin birlik işləməyi davam edib.

Hərbi əməliyyatların o qızğın günlərində müəllimə Knar Manquqyan həmçinin Mardakertə idi. Həyat yoldaşı, oğlu, qardaşı cəbhədə idilər.
Knar 1990-cı ildəki dəhşətləri görmüşdür. İstəmirdi ki, qızı 6 yaşlı Qayane də müharibənin nəfəsini duyaraq görsün.

Mardakertdə çoxları şəhərdə qalaraq uşaqları doğmalarının evinə göndərirlər.

Kiçicik Qayane ,Knarın şagirdi beçinci sinifdə oxuyan Tatevik üçün müharibə, yoldaşları,doğmalarına olan həsrətlə ölçülür.

Mardakertin məktəblərində günü-gündən şagirdlərin sayı artmaqdadır.Yuxarı sinif şagirdləri deyirlər ki, Aprel günləri özlərinin təssəvvürlərini çox dəyişdi. Tatev avtomatı söküb yığmaq qabiliyyətini göstərib.

Oğlanlar sanki saatla yetişiblər. Hamısı da aprelin 2-də Mardakertdə olublar.
Vardan Minasyan adına məktəbin müdiri Melsida Kardumyan deyir ki, uşaqlarla indi daha ehtiyatlı olmalıdırlar, hər bir kəlməni başqa tərzlə anlayırlar,hər bir dəqiqləşdirilməmiş xəbər onların psixikası üzərinə təsir edir.

Cəmi bir neçə gündən sonra məktəbdə son zəng çalınacaq.Təvazökarlıqla bayram edəcəklər. İndi hazırlanmış səhnə yazısını dəyişirlər, çünki gərək aprel müharibəsinin qəhramanları barədə söyləsinlər və son dərsi beləcə təqdim etsinlər.

Budur Mardakert, Artsaxın və ermənilərin həyatı əhəmiyyətinin təzahürü, başa çatan təhsil ilinin ən vacib dərsi budur.

Daha çox göstər
Back to top button