Siyasət

Vəkilin apellyasiya şikayətinə baxılacaq

‘Yoxlamalar yalnız X.İsmayıla və onun vəkillərinə münasibətdə tətbiq edilir, digər məhkumlar vəkilləri ilə görüşərkən nə özləri, nə də onların müdafiəçiləri heç bir yoxlamaya məruz qalmırlar”

Mayın 24-də saat 15.30-da vəkil Yalçın İmanovun Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılacaq.

Bu barədə vəkil Meydan TV-yə deyib.

Hakim Faiq Qasımovun sədrliyiylə keçirilən prosesdə şikayət Xədicə İsmayılın vəkillərinin və sənədlərinin 4 saylı cəzaçəkmə müəssisəsinə girişdə və çıxışda axtarışa və qanunsuz senzuraya məruz qalmasının müdafiə hüququnun pozuntusu kimi tanınması, dəymiş ziyana görə maddi təzminat və sairlə bağlıdır.

Xədicə İsmayılın vəkili Yalçın İmanov buna görə jurnalistin saxlandığı cəzaçəkmə müəssisəsini məhkəməyə verib. Bu haqda Meydan TV məlumatlandırıb.

Vəkil onu da əlavə edir ki, X.Ismayıl özü də vəkillərlə görüşə gələrkən hər dəfə şəxsi axtarışa məruz qalır. Və bu yoxlamalar yalnız X.İsmayıla və onun vəkillərinə münasibətdə tətbiq edilir, digər məhkumlar vəkilləri ilə görüşərkən nə özləri, nə də onların müdafiəçiləri heç bir yoxlamaya məruz qalmırlar.

Daha çox göstər
Back to top button