Cəbhə xəttində həlak olmuş hərbi xidmətçilərin ailələrinə təzə mənzillər verilib

Yerevan şəhər başçısı Taron Margaryanın apardığı Yerevanın şurasının mayın 25-də keçirilmiş növbəti iclasında aprelin əvvəlində ön xəttdə həlak olmuş Yerevanda yaşamış üç hərbi xidmətçinin ailələrinə Yerevan icmasının mülkiyyəti olan üç mənzil vermək təkilifi təqdir edilib. Bu barədə Yerevan bələdiyyəxanasının informasiya və ictimaiyyət ilə əlaqələr idarəsindən bildirirlər.
Belə ki, ön xəttdə həlak olmuş könüllü Sargis Xalafyanın 4 nəfərdən ibarət ailəsinə 85, 16 kvm sahəsi ilə mənzil ayrılıb, ön xəttdə həlak olmuş müqaviləli hərbi xidmətçi Hraçya Muradyanın ailəsinə arvadına və üç uşaqlarına 85,16 kvm sahəsi ilə mənzil verilib. Cəbhə xəttində həlak olmuş müddətli hərbi qulluqçu Manvel Gevorgyanın 3 nəfərdən ibarət ailəsinə isə 60,63 kvm sahəsi ilə mənzil ayrılıb. Şura üzvlərinə bu layihələri təqdir etmək üçün təşəkkür bildirməklə şəhər başçısı Taron Margaryan qeyd edib ki, aprelin əvvəlində cəbhə xəttində yaralanmış və həlak olmuş hərbçilərin Yerevanda yaşayan bütün ailələri Yerevan bələdiyyəxanasının diqqət mərkəzinədə olacaqlar.