“Left Foot Forward”: Azərbaycan əhalisinin böyük əksəriyyəti yoxsulluqda yaşayır, hakimiyyətlər isə xaricdə öz lobbisi üçün böyük məbləğlər sərf edir

“Adama elə gəlir, Azərbaycan dünyanın o başındadır, ancaq bu ölkənin diktaturasının əli Londonun mərkəzindəki varlı küçələrə də çatır”. Bunu Böyük Britaniyanın “Left Foot Forward” siyasi bloqunda Adam Barnett yazır. “Özlərinə qalsaydı, londonluların çoxu qorxunc prezident İlham Əliyevlə heç bir bağlantı qurmazdı. Onun hakimiyyəti altında Azərbaycan korrupsiyadan yazan jurnalist Xədicə İsmayılova kimi cəsur dissidentlərin saxta ittihamlarla həbs olunduğu bir ölkəyə çevrilib. Xədicə cümə günü həbsdə 40 yaşını qeyd edəcək”.
Müəllif yazır ki, neft ucuzlaşandan sonra ölkənin böyük hissəsinin yoxsulluqdan əziyyət çəkdiyi bir vaxtda hökumət xaricdəki lobbiçilərinə və PR işlərinə bir ətək pul xərcləyir. Bu haqda «Left Foot Forward» yazır və qeyd edir ki, Bu üzağartma siyasətinin əsas postları Londonda yerləşir.
Belə ki, materialda yalnız 8 “ən pis cinayətkarlar” qeyd edilir kimlər ki, Londonda Azərbaycanın maraqlarını lobbizmdə təqdim edir. Birincisi Avropa Azərbaycan Cəmiyyəti, yaxud TEAS fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbərliyi altında işləyir. Bu təşkilat bəyan edir ki, özünün məqsədi “Azərbaycanın müsbət tərəflərinin təbliğ edilməsidir.” Bu qrup britaniyalı deputatların Azərbaycana səfərlərinə xeyli vəsait sərf edib, o cümlədən Böyük-Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bekmanın, eləcə də adı çəkilən parlamentlərarası qrupun sabiq sədri Mark Fildin səfərlərinə. Bundan əlavə TEAS “Azərbaycanın konservatik dostları” təşkilatının əsasını qurub.
«Freud Communications», yaxud «Freuds» PR firması «Google», «Bafta» kimi şirkətlərə və hətta Azərbaycan hökumətinə xidmət göstərir. Prezidentin qızı Leyla Əliyeva şirkətin müştərisidir. 2011-ci ildə Əliyevanı London ictimaiyyətinə tanıtma partisi təşkil edib ki, harada da həmçinin lord Mandelson, «British Petroleum»-un keçmiş rəhbəri lord Con Braun və «The Evening Standard»-ın sahibi Yevgeni Lebedev iştirak edirdilər. Hampsted, Park-leyn, Naytsbric – Londonun ən şıq əmlak nöqtələri sayılan bu məkanlarda Əliyevlər ailəsinin mülkləri yerləşir. İlk əvvəl bu Hempsted-leyndəki asabnyakdır ki, onun da sahəsi 10 min kvm təşkil edir və onun qiyməti 17 funtsterling milyondur. Naytsbricdəki penhaus da Əliyevlərə mənsubur ki, onun da qiyməti 18 funtsterling milyondur. Hesab edilir ki, bu penthaus Leyla Əliyevanın rezidensiyalarından biridir. Bundan əlavə Londonda Əliyevlərin möhtəşəm mənzilləri var. Mənzillər Leyla Əliyevanın adı ilə qeydə alınıb.