Məhkəmə Yunusların qayıtmasını gözləyir

Arif Yunusun vəkili Əfqan Məmmədov qərara etiraz edib:
“Onlar müalicə alırlar deyə, iştirak edə bilmirlər də. Nə vaxt qurtaracaq ki, xəstəlikləri?! Onların iştirakı olmadan da baxmaq olar kassasiya şikayətinə”
Mayın 25-də Ali Məhkəmədə hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə kassasiya şikayətinə baxılıb.
“PROKURORLUQ PROTEST VERSƏYDİ…”
Yunusların vəkili Elçin Sadıqov bildirib ki, onlar xəstəlikləri ilə əlaqədar ölkədən xaricdə müalicə olunduqlarından məhkəmə prosesinə qatılmayıblar. Vəkil kassasiya şikayətinə onların iştirakı olmadan baxılmasını istəyib.
Lakin Hafiz Həsibovun sədrlik etdiyi hakimlər kollegiyası Yunusların iştirakı olmadan məhkəmənin davam etdirilməsinin mümkünsüz olduğunu bildirib. Əlavə edib ki, məhkumların iştirakı təmin olunana qədər proses təxirə salınır.
“Əgər prokurorluq protest versəydi, bunu başa düşmək olardı. Sizin bu səbəblə təxirə salmağınızı başa düşmək olmur”, – deyə Elçin Sadıqov bu qərara etirazını bildirib.
____________________________________________________________
______________
Çərşənbə günü yerli təhsil departamenti məktəbin qərarını ləğv edib. O bun
“ONLARIN İŞTİRAKI OLMADAN DA BAXMAQ OLARDI…”
Arif Yunusun vəkili Əfqan Məmmədov da qərara etiraz edib: “Onlar müalicə alırlar deyə, iştirak edə bilmirlər də. Nə vaxt qurtaracaq ki, xəstəlikləri?! Onların iştirakı olmadan da baxmaq olar kassasiya şikayətinə”.
Hakim artıq qərar verildiyini vəkillərin nəzərinə çatdırıb: “Biz qərarı elan etdik, xahiş edirik, burada mübahisə açmayın. Sizə məhkəmə iclasının vaxtı barədə məlumat veriləcək”.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunmuşdular. Onlar 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edilmişdilər. Lakin Bakı Apellyasiya Məhkəməsi sonradan hökmü dəyişdi və Yunuslara verilən cəza şərti hesab olunaraq, onlar azadlığa buraxıldılar. Leyla və Arif Yunuslar bu ilin aprelində ölkəni tərk ediblər. Onlar müalicə olunmaq üçün getdiklərini bildiriblər.