BaşlıcaSiyasət

“Maraton-2016” –nın vəsaiti dörd günlük müharibənin dağıntılarını ləğv etməyə istiqamətlənəcək

Bu gün “Hayastan” Ümumerməni Fondunun Xeyriyyəçilər şurasının və yerli orqanların 25-ci birgə sessiyası keçirilib ki, onu da Fondun Xeyriyyəçilər şurasının sədri, ER Prezidenti Serj Sarkisyan idarə edib.

Fondun 2015 ildəki fəaliyyətinin nəticələri və gələn ildəki görüləcək işləri müzakirələrin gündəlik mövzularına çevrilib.

Fondun Maraton-2016 məqsədli istiqaməti məsələsində önəmli mövzular apreldə olan dörd günlük müharibənin nəticələri olacaq.
Fondun icraedici müdiri Ara Vardanyanın verdiyi məlumata görə, müharibənin nəticəsindən irəli gəlmiş dağıntıların ləğvi və ailələrə yardım etmək məsələsi bu ilin başlıca strateji mövzusu olacaq.

“ İndiki anda DQR hökuməti artıq hesablamalara başlamışdır, deyə bilmərəm ki, hətta nə qədər məbləğ gərəkdir, lakin yardım gərək çoxtəbəqəli və bütün sahələrdə olsun, dərmanların nəqlindən tutmuş, evlərin təmirinə kimi. Fərdi ailələrə yardım olacaq və o ailələrdə harada ki, itkilər olub, yəqin daha böyük miqdarda yardım ayrılacaq.
Bu hələlik konkretləşmiş mərhələdədir və bir –iki ay ərzində aydın olacaq”-deyə o qeyd edib.
“Aprel müharibəsinin zərərlərindən başqa Artsaxda çoxsaylı problemlər var, sadəcə olaraq daha çox zərər çəkmiş ərazilər üzərində cəmləşəcəklər”- deyərək “Hayastan” Ümumerməni Fondunun icraedici müdiri Ara Vardanyan yekunlaşdırdı.

Daha çox göstər
Back to top button