28 Mayda Şəkidə saxlanılan cəbhəçiyə 15 sutka həbc cəzası verilib

Mayın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Şəki şöbəsinin sədri Samir Həsənovun saxlanılıb. Şəki rayonunu AXCP şöbəsindən Turana verilən məlumata görə, Samir Həsənov mayın 29-da rayon məhkəməsinə aparılıb. O, qapalı prosesdə xırda xuliqanlıqda ittiham ounaraq 15 sutka inzibati həbs cəzası alıb.Bu haqda contakt.az məlumatlandırıb.
Mayın 28-də AXCP Şəki şöbəsinin fəalları Respublika Günü ilə əlaqədar şəhərdəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Lakin aksiyaya polis müdaxiləsinin olduğu bildirilir. Baş verən insidentdə AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerasının zorla əlindən alınıb, tədbirdən çəkdiyi kadrların silindiyi bildirilir Samir Həsənov isə aksiyadan sonra saxlandılıb.
Bundan başqa polis onun yaxınlarına gəncin facebookda fəal olmasını, AXCP sədri Əli Kərimli və Gözəl Bayramlının statuslarını paylaşdığini irad tutub.
Baş verən insidentdə AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerasının zorla əlindən alınıb, tədbirdən çəkdiyi kadrların silindiyi bildirilir.