Başlıcaİctimaiyyət

Ordunun qəyyum təməli vətənpərvər və tərbiyəli vətəndaşla hərbiçidir

Artsax Respublikasının baş naziri Arayik Harutunyan “Hayastan” Ümumerməni Fondunun bir qrup nümayəndələrini Fondun müdiri Ara Vardanyanın başçılığıyla qəbul edib.
Bu haqda Artsax Respublikası hökumətinin iş heyəti üzrə informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatlanmışıq.

Baş nazir Fondun nümayəndələrinin Artsaxa növbəti gəlişini alqışlayaraq qeyd edib ki, o əvvəlkilərdən onunla fərqlənir ki, aprel hadisələrindən sonra ilk gəlişdir və artıq hamını perspektivli məsələlər duyğulandıracaq.

İllər uzunu Artsaxda Fond tərəfindən həyata keçirilən proqramları mühüm saymaqla hökumət rəhbəri qeyd etdi:
“Ordunun qəyyum təməli vətənpərvərlik, tərbiyəli vətəndaşları və hərbiçisidir. Respublikanın demək olar ki, bütün icmalarında Fondun vəsaitləriylə həyata keçirilən uşaq bağçaları və məktəblərinin yenidən quruluşu, su təchizatını dirçəltmək, yolların bərpa olunması proqramları, sakinlərin xaricə axınının qarşısını almağa , statistika vəziyyətinin yaxşılaşdırılmasına, sağlam və tərbiyəli nəslin olmasına yardım edib”.
A.Harutunyan Fonda ardıcıllıqla yardım üçün təşəkkür bildirib.

“Hayastan” Ümumerməni Fondun icraedici müdiri Ara Vardanyan erməni xeyriyyəçilərin mütəmadi olaraq Artsaxa səfərlərini və hökumətin ümummaliyyələşdirməsiylə həyata keçirilən proqramlara yerindəcə tanış olmaq baxımından olduqca zəruri və mühüm saymışdır.

O Fondun nümayəndələri adından Artsaxa daima yardım etmək və Vətənin xeyrinə olan proqramların həyata keçirilməsində hazır olduqlarını bildirib.
Görüşün sonunda iştirakçılar öz narahatçılıqlarını səsləndirmiş və hökumət rəhbərinə müxtəlif suallar vermişlər.
Ara Harutunyan bütün səsləndirilən suallara aydınlaşdırma verib.

Görüşdə “Hayastan” Ümumerməni Fondunun Artsax proqramlarını sistemləşdirən Valeri Ğazaryan iştirak edib.

Daha çox göstər
Back to top button