Martakertdə artilleriya atəşləri nəticəsində dağıdılmış evlərin bərpa edilmə işləri son mərhələdədir

Martakertdə aprel ayındakı müharibə nəticəsində bütünlüklə dağıdılmış evlərin bərpa edilmə işləri demək olar ki, başa çatır. Bu barədə Panorama.am-in müxbiri ilə söhbətdə Martakertin şəhər başçısı Mişa Gyurcyan bildirib. Onun sözlərincə, 2-3 gün ərzində 10 evin bərpa edilmə işləri başa çatacaq. Düşmənin verdiyi atəşlərin nəticəsində Matakertdə çoxsaylı evlərə ziyan verilib, 15 ev isə bütünlüklə dağıdılıb.”
Küçələrə gəlincə, şəhər başçısı dedi ki, tezliklə bəzi küçələrin təmir edilmə işləri başlayacaq, keçən ildə də şəhərin küçələri təmir eilib. Martakertdə həyat artıq normallaşıb, insanlar özlərinin adi işəriylə məşğuldur.”-deyə Mişa Gyurcyan qeyd edib.
Əlavə edək ki, aprel müharibəsi ərzində Martakert ciddi zərər çəkib, çoxsaylı evlərə və infrastrukturlara ziyan verilmişdi.