Siyasət

Yalçın Qəhrəmanoğlu saxlanılıb

Ötən gecə vətəndaş cəmiyyəti fəalı Yalçın Qəhrəmanoğlu Kiyevdən qayıdarkən Bakı aeroportunda saxlanılıb. Bu barədə sosial şəbəkələrdə fəalın dostları məlumat yayıblar. Onlar qeyd ediblər ki, o, anasının dəfnində iştirak etmək üçün gəlib.

 

Bu haqda contact.az   məlumatlandırıb.

Saxlanılmanın səbəbi açıqlanmır, qeyri-rəsmi məlumatlara görə, Qəhrəmanoğlu DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə aparılıb və hazırda oradadır.

DİN-in mətbuat xidmətindən Turan agentliyinə saxlanılma faktını və onun səbəblərini şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, Yalçın Qəhrəmanoğlu bir neçə ildir Kiyevdə yaşayır və Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının yerli nümayəndəsidir.

Bundan əvvəl o, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarını müdafiə komitəsinin üzvü idi, buna görə təzyiqə məruz qalırdı

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button