Forum 18: Azərbaycanda din azadlığı sahəsində ciddi məhdudiyyətlər var

Azərbaycanda müsəlmanların bir hissəsi, xüsusən sünni müsəlmanlar dövlət tərəfindən müəyyən edilmiş təqvim ilə dua etməyə və bayramları qeyd etməyə məcburdur. Bu haqda dini azadlıq üzrə Norveç təşkilatı “Forum 18” yazır. Bildirilir ki, Azərbaycan dövləti ölkənin bütün müsəlmanlarını şiə təqvimi ilə dua etməyə məcbur edir. “Əgər biz öz təqvimiz ilə dua etsək, bizi saxlayacaqlar.”-deyə müsəlman “Forum 18” ilə söhbətdə qeyd edir əlavə etməklə ki, məsciddə gizli agentlər bu haqda dövlət strukturlarına bildirəcəklər.
Qeyd edilir ki, Azərbaycanın rəsmiləri və Qafqaz müsəlmanlarının idarəsinin əməkdaşları ölkənin bütün müəslmanlarına bildirmişlər ki, Ramazan ərzində onlar rəsmi təqvimi izləməlidir. Bundan başqa Azərbaycanda tez-tez evlərdə reydlər yerinə yetirilir harada ki, dini toplanışlar keçirilir. Belə yoxlamaların nəticəsində cərimə eləyirlər “qanunsuz dini fəaliyyət üçün.” Bu yoxlamaların qurbanları əsasən Yehovanın şahidləri və sünnilər olur. “Forum 18”-un materialında vurğulanır ki, Azərbaycanda din azadlığı üçün ciddi məhdudiyyətlər var, insan haqqları sahəsində ölkənin öhdəliklərinə baxmayaraq. Lakin müsəlmanlar üçün xüsusi məhdudiyyətlər müəyyən edilir. Hökumət Qafqaz müsəlmanların idarəsinə böyük səlahiyyətlər verib.
Belə ki, dövlət çoxsaylı sünni məscidlər bağlayıb. Məscidlərdə təbliğlər oxumaq yalnız Azərbaycan vətəndaşlarına icazə verilir kimlər ki, ölkədə təhsil almışlar. Qeyd edilir ki, Dini strukturlar ilə iş üzrə Dövlət komitəsinin sədr müavini Siyavuş Heydarov elan edib ki, Ramazan vaxtı Dövlət komitəsi bütün məscidləri nəzarət edəcək əmin olmaq üçün ki, onlar rəsmi təqvimi riayət edirlər. Onun sözlərincə, belə tədbirlər milli birləşmə üçün vaciblidir. O əlavə edib ki, məscidlər digər təqvimlər istifadə etməklə ciddi problemlərlə üzləşəcəklər. Belə təqvimlər satanlar isə cinayət məsuliyyətə cəlb ediləcək.