
Beynəlxalq nüfuzlu “Monocle” media şirkəti geniş məqalə və video reportajı ilə DQ münaqişəsinə toxunub, münaqişənin tarixini, birinci Qarabağ münaqişəsini və aprel ayındakı hadisələri təqdim etməklə.
Dərc edilmiş “Sərhəd ölkəsi –DQ” başlığı ilə geniş məqalədə DQ münaqişəsinin tarixinə, sovet illərində Azərbaycanın tərkibində təmsil edilməsinə, daha sonra Qarabağ hərəkatına, DQR müstəqilliyinin bəyan edilməsinə, 4 dördgünlük müharibəyə və bunun nəticələrinə toxunub. Məqalədə həmçinin DQR prezidenti Bako Sahakyanın şərhləri yer tapıb Qarabağın başa çatmamış müharibəsi haqqında harada ki, o deyir: “Bu erməni və azərbaycanlı xalqlar arasındakı münaqişə deyil, qəddarlıqlara və soyqırıma qarşı mübarizədir. Əgər biz ölkəmizi müdafiə etməsək, orada daha bir soyqırım baş tutacaq.”
Məqalə müəllifi Kristofer Lord deyir ki, “Azərbaycan özünün ərazi iddialarında irəliləyiş görmür, halbuki iki tərəf də təsdiqləyir ki, atəşin dayandıırlması rejiminin pozulmaları daha gərginləşir, lakin burada günahkarlar belə də cəzalandırılmır. Müəllif həmçinin təmas xəttinə gedib Arstax ordusunun hazırlılığını təsvir edib, əsgərlər və komandirlər ilə söhbət edib. “İqtisadiyyat üçün sülh lazımdır. Hökumət deyir ki, büdcənin 65 faizi dövlət gəlirləri və vergilər təşkil edir, qalan isə Ermənistandan və Diaspordan alınmış vəsaitlərdir. Onlar yeni hidroelektrik stansiyasının və kənd təsərrüfaı istehsalatın və şərabın ixrac edilməsi, eləcə də turizmin inkişafında perspektiv görürlər. Lakin bu ideyalar yalnız atəşin dayandırılması üzrə arzılaşmanın qorunması halında mümkün olacaq.”-deyə müəllif yazır. Müəllif məqalədə həmçinin Arstaxın əhalisi və digər sahələri haqqında məlumatlar verib.