
İyunun 5-də rəsmi səfərlə Tehrana səfər etmiş ER Xİ naziri Edvard Nalbandyanı İran prezidenti Hasan Rohani qəbul edib. Edvard Nalbandyanı alqışlamaqla Hasan Rohani məmnunluqla qeyd etdi ki, Ermənistanın və İranın sabit, möhkəm dostluq əlaqələri var və bunların daha da dərinləşməsini mühüm sayıb. O əlavə etdi ki, İranın nüvə proqramı ətrafındakı razılığın əldə olunmasından və sanksiyaların ləğv edilməsindən sonra yaxşı imkanlar yaranıb ki, bütün sahələrdə ikitərəfli ticari-iqtisadi əlaqələr inkişaf etsin.
Edvard Nalbandyan İran prezidenti Hasan Rohaniyə ER prezidentinin səmimi salamlarını və müraciətini yetirib. İran prezidenti və Ermənistan Xİ naziri iki ölkə başçıları səviyyəsiylə əldə olunmuş şərtləşmələr və birgə iqtisadi proqramların yerinə yetirilməsi gedişi, hüquq-müqavilə meydanın genişləndirilməsi istiqamətində aparılan işlər ətrafında fikir mübadiləsi aparıblar.
Hasan Rohani qeyd etdi ki, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində irəliləyiş var, qarşılıqlı tərəfdaşlıq üçün böyük potensial mövcuddur. Həmsöhbətçilər həmrəy olublar ki, iki ölkə arasında viza rejiminin aradan qaldırılması dost xalqların, xüsusən işgüzar dairələr arasındakı əlaqələrin aktivləşməsinə və turizmin inkişafına təkan verəcək.
Nazir Nalbandyan həyata keçirilmiş və keçirilən birgə iqtisadi proqramlara toxundu və Ermənistanın hazırlığını vurğuladı ki, yeni layihələr hazırlansın. Bu baxımdan ikitərəfli olduğu kimi, çoxtərəfli formatlarla qarşılıqlı tərəfdaşlıq mühüm sayıldı. Ermənistan Xİ naziri aprel ayının əvvəlində Azərbaycan tərəfindən Artsaxa qarşı başlanmış hərbi əməliyyatların nəticələrinin qalib gəlməsinə yönəlmiş addımları, may ayında Vyanada baş vermiş samitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə yönəlmiş səyləri təqdim etdi. Bu kontekstdə perzident Rohani vurğuladı ki, İran daima region təhlükəsizliyi, sabitliyi və sülhün təmin edilməsinə dəstəkləyib və yenidən təsiqlədi ki, öz ölkəsi beynəlxalq hüquq prisnipləri əsasında Qarabağ məsələsinin təkcə sülh yoluyla həll edilməsinin tərəfdarıdır. Nazir Nalbandyan İranın tarazlaşmış mövqeyini DQ münaqişəsinin nizamlanması məsələsində yüksək qiymətləndirdi. İİR prezidenti özünün səmimi salamlarını və xeyir-sualarını ER prezidentinə yetirmək xahiş etdi və qeyd etdi ki, yaxın vaxtlarda Ermənistana səfər etmək niyyətindədir.