Əliyevin ailəsini manatın devalvasiyasından gəlirlər almaqda şübhələyirlər

Təşkil edilmiş cinayət və korrupsiya üzrə araşdırmalar mərkəzinin (OCCRP) jurnalistləri təsdiqləyirlər ki, prezident Əliyevin ailəsi 2015-ci ildə manatın devalvasiyasından milyonlarla dollar qazanıb. OCCRP-nin yazısında qeyd edilir ki, Əliyevin ailəsi, eləcə də onunla sıx münasibətlərdə olan biznesmen tranzaksiyalardan 64 milyon dollar qazanıblar ki, onlar da 2015-ci ildə manatın devalvasiyasından günlər ya da həftələr əvvəl baş tutmuşdu.
2015-ci il fevral ayında Azərbaycanın Mərkəzi bankı milli valyutanı devalvasiya etdi, 2015-ci il dekabr ayında isə üzən kursa keçdi. Nəticədə bir gündə 50 faizlə ucuzlaşdı. OCCRP qeyd edir ki, birinci devalvasiyadan bir neçə gün əvvəl özü Əliyev, eləcə də Mərkəzi bankın nümayəndələri inandırıdılar ki, milli valyutanın məzənnəsi sabit qalacaq. Araşdırıcı-jurnalistlər sual verirlər ki, Əliyev gözlənilən devalvasiya haqqında bilirdi və bu haqda özünün yaxın biznes-həmkarlarına xəbərdar edə bilərdimi?
Jurnalistlərin diqqət mərkəzində xüsusən tranzaksiyalar idi ki, onlar da üç bank vasitəsiylə keçirilirdi Caspian Development Vank, AtaBank və Pasha Bank. Bu bankların sahibləri Əliyevin ailəsinə yaxın olan biznesmen Aşraf kamilovdur ya da zü Əliyevlər ailəsidir. Caspian development Bank və Ata Bank isə Synergy Group ilə bağlıdır ki, onun da 99 faizi Kamilova mənsubdur, Pasha Bank isə Azərbaycan prezidentinin qızı tərəfindən nəzarət edilir.
OCCRP-nin məlumatlarına əsasən, 2015-ci il yanvarın axırında Caspian Development Bank Azərbaycanın Dövlət neft şirkətinə 52 milyon dollar borc verib 5 il müddəti ilə və ildə 6 faiz ilə. Yalnız bu saziş Banka 13 milyon manat gəlir verdi (12,5 milyon dollar). Bundan sonra isə 2015-ci il axırında manat ikinci dəfə devalvasiya edildi və kreditdən gəlir 39,2 milyon manata çatdı.
OCCRP həmçinin daha birbankın maliyyə bəhrələrini göstərir 2015-ci il nənicələriylə Pasha Bank. Bu bankın əsasını xanım Mehrimab Əliyeva qurub, indi isə onun sahibləri Leyla Əliyevadır və Arzi Əliyevadır. 2015-ci ildə Bakın gəliri 35,9 milyon manat təşkile edib, ötən ildən 6 dəfə daha çox.
OCCRP-nin qeyd etdiyinə görə, Azərbaycann bütün bank sistemi devalvasiya nəticəsində bir neçə ay ərzində manatın üzən kursa keçmək nəticəsində “milyarddan çox dollar” itdi.
İlham Əliyevin ailəsi aprelin əvvəlində jurnalistlər araşdırmasının hədəfinə çevrilib. İCİJ jurnalistləri Mossack Fonseca panamalı hüquqi şirkətinin sənədləri meydana çıxdı, bildirdilər ki, Əliyevin qızları 6 qızıl çıxaran şirkətdən 56 faizini nəzarət edirlər. Üstəlik, 2006-cı ildə Azərbaycan hakimiyyətləri məxfi razılaşma bağladılar ki, ona da əsasən perzidentin qızlarına mənsub olan gəlirlərdən 70 faizi özlərinə çatıb, yalnız 30 faizi dövlətə çatdırılıb.