AB:Sarkisyan-Əliyevin növbəti görüşü münaqişənin nizamlanması istiqamətində konkret addım ola bilər

AB-nin ümidi var ki, Ermənistan və Azərbaycanın prezidentlərinin növbəti görüşü Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konkret addım ola bilər.Bu haqda Azərbaycanda AB nümayəndəliyinin rəhbəri Malena Mardi elan edib.
“Bildiyiniz kimi,ATƏT MQ həmsədrləri həmin istiqamətdə çalışırlar. Əlbətdə biz prosesə yardım edirik və ümidvarıq ki, növbəti görüş, əgər o iyunda keçirilərsə, münaqişənin nizamlanmasında konkret addım ola bilər”-deyə Mardinin sözlərini “Ria Novosti” sitat gətirib.
Qeyd edək ki, bu günlərdə Ermənistanda Almaniyanın səfiri Matias Kisler elan etmişdir ki, ATƏT sədrlik edən ölkə Almaniya təmas xəttində araşdırıcı mexanizmlərin quraşdırılmasını mühüm hesab edərək
ümidvar olduğunu bildirib ki, ATƏT ölkələri həmin niyyətlə nəzərdə tutulan maliyyələşdirməni təstiq edəcəklər.