Bişkekdə MDB hökumətlər rəhbərləri şurasının sessiyası öz işinə başlayıb

Qırğızıstan hökumətinin Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət sarayında iyunun 7-də MDB hökumətlər rəhbərləri şurasının sessiyası öz işinə başlamışdır. Ria Novosti məlumatlandırır.
Sessiyanın işlərində MDB ölkələr hökümətləri rəhbərləri, o cümlədən, o cümlədən RF baş naziri Dmitri Medvedyev, Qazaxıstanın baş naziri Kərim Məsimov, eləcə də,Moldovanın,Belorusiyanın,Tacikistanın və Qırğızıstanın baş nazirləri iştirak edir.
Ermənistanı baş nazir müavini Vaçe Qabrielyan təmsil edir.
Hökumətlər rəhbərləri sıx və genişlənmiş tərkiblərlə görüşlər keçirəcəklər.
Müxtəlif sahələrdə Əməkdaşlıq edən ölkələrin işgüzarlıqlarının gələcək genişlənməsi və dərinləşməsinə dair məsələlər müzakirə olunacaq.
Onların böyük əksəriyyəti əməkdaşlığın iqtisadiyyat sahəsinə həsr olunub.
Gözlənilir ki, Azad ticarət xəttinin işgüzarlığının səmərəliliyini yüksəltmək, inovasion əməkdaşlığı dərinləşdirmək, elektro-enerjini və digər sahələrdə işgüzarlığı inkişaf etdirmək məsələləri müzakirə ediləcəkdir.