Siyasət

Milli Şura sədri: Böhran daha da dərinləşir

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həəsnli «Çətin sual” rubrikasında MŞ sessiyası, böhran, cəmiyyətin durumu, siyasi məhbuslar və kütləvi aksiyalar haqqda danışdı.
“Bu Milli Şuranın növbəti sessiuyalarından biri idi. Bəzi subyektiv amillərdən asılı olaraq bir neçə ay sessiya keçirə bilmədik. Sessiyanın keçirilməsi Milli Şuranın Nizamnamı tələbindən irəli gəirdi”. Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həəsnli bunu iynun 4-də Milli Şuranın sessiyası ilə bağlı bildirib.

Bu haqda contact.az məlumatlandırır.

Onun sözlərinə görə, sessiyada ölkədkəki ictimai-siyasi durum dəyərləndirilib, həm də təşkilati məsələyə baxılıb. Nizamnamə tələbinə görə Milli Şura sədrinin və Koordinasiya Mərkəzinin yenidən seçkisi olmalı idi. Sessiyada elmi dərəcəyə malik, ölkənin icitmai-siyasi həyatının reallıqlarını bilən hüquqünaslar və itqisadçılar çıxış ediblər: “Ölkədə yaşanan və hələ də davam edən böhranla bağlı çox ətraflı bir müzakirə aparıldı, sessiyada aparılan müzakirələrin yekunu olaraq xalqa müraciət qəbul edildi və sessiyada müzakirə edilən məsələlər hamısı bu sənəddə ümumiləşdirilmiş şəkildə əksini tapdı”.

Onun sözlərinə görə, müraciətdə xalq fəallığa çağırılır. İqtisadi, sosial durum həddən artıq ağırlaşıb, hökumət bu böhrandan xalqın hesabına çıxmaq istəyir. Maaşların, müavinət və pensiyaların dəyəri kəskin aşağı düşüb, artıq vəziyyt o yerə gəlib ki, insanlar çörək oğurluğuna əl atırlar.”Yəni, elə bir sahə yoxdur ki, orada geriləmə olmasın, investisiya qoyuluşu kəskin aşağı düşüb, bütün bunlar sənəddə əksini tapır” deyə C.Həsənli qeyd edib..

Həmçinin sənəddə Qarabağ məsələsinə də toxunulur. Onun sözlərinə görə, ən çox diqqət yetirilən məsələlərdən biri siyasi məhbuslarla bağlı məsələdir. “Bir tərəfdən müəyyən siyasi məhbuslar azad edilir, digər tərəfdən onların yeri boş qalmır, yenilərini həbsə alırlar. Siyasi məhbusların həbsii necə düzüb qoşulursa hamısı ağır cinayətlər bölümündə əks edilir. Amnistiya tətbiq edirlər, bu amnistiya da həmin siyasi məhbusara şamil olunmur”.

C.Həsənli deyir ki, eyni maddələrlə, eyni iş üzrə gənclər həbs edilirlər, sonra onlar buraxılır, amma İlkin Rüstəmzadə hələ də həbsdə qalmalı olur. Onun fikrincə, ölkə rəhbərliyi, hüquq-mühafizə oqranları buna aydınlıq gətirməlidir ki, hansı əlamətlər görə İ.Rüstəmzadənin günahı əfvə düşən gənclərdən ağırdır. Milli Şura sədri AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə də toxunub. Onu sosial şəbəkələrdə fəallardan adalandırıb. “Açıq yazırlar ki, F.Qəhrəmanlıya qarşı ititham onun “facebook” statusundakı 9 yazı üzərində qurulub, artıq yazılara, mövqe ifadəsinə görə həbsə alırlar” O, qryd edir ki, Qarabağ müharibəsi əlili Asif Yusifli həbs edilir, xidmətələri nəinki nəzərə alınmır, əskinə, əskinə, həbsə qədər I qrup əlil olan A.Yusiflinin əlilliyini dəyişdirib II qrup edirlər. “Bundan sonra gənclər, insanlar hakimiyyətin vətənpərvərlik çağırışlarınıza necə inansın? Bu adamı təkcə ona göprə həbsə laırlar ki, AXCP rəhbəlriyində yer alır”-deyə C.Həsənli bildirir.

Siyasi məhbus məsələsinə gəlincə, C.Həsənli bu məsələni Milli Şuranın əsas fəaiyyət istiqamətlərindən biri adlandırır. Milli Şura siyasi məhbuslarla bağlı heş bir məsələyə biganə qalmayıb və biganə deyil. Milli Şura siyasi məhbus məsələsində fəallıq edir, beynəlxalq qurumlarla əlaqə yaradır. Milli Şura siyasi məhbus məsələsini ardıcıl diqqtdə salxayan qurumdur. “Bizim fikrimizcə, ölkədə siyasi məhbus sayı 100-ün ətrafındadır. Amma nə üçüncə bəzi hüquq müdafiəçiləri həbsdə olan islamçıları siyasi məhbus saymırlar. Düzdür biz onların bəzi fikir və mğvqelərini bölüşmürük, amma bu o deyən deyil ki, onların saxta itithamlarla həbs olunmalarına biganə qalaq”deyə C.Həsənli mövqeyini izah edir.

“Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadənin Milli Şuranın üzvü olduğunu deyən C.Həsənli keçən il Nardaran hadisələrilə bağlı islamçılara divan tutulduğunu bildirir. “Bunlar kənradan idarə edilən qüvvə deyildi, başları üstündə Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Bu adamlara işgəncələr verildi. Odur ki, bu adamları diqqətdən kənarda saxlamaq olmaz. İnsanlar saxta ittihamlarla həbsə alınıblar, odur ki, T.Bağrzadə və təşkilatının üzvləri siyasi məhbus kateqoriyasına aiddirlər.

Milli Şura sədri Avropa Birliyinə daxi olan ölkələrin 20 səfirlərilə mayın 26-da görüşdüklərini bildirir. Onun fikrincə, kifayət qədər səmərəli görüş olub. Əsas müzakirə istiqamətlərindən biri Avrointeqrasiya sahəsində görülən işlər, bu yöndə Milli Şuranın fəaliyyəti, siyasi məhbus məsələsi, Qarabağ problemi, islahatlara münasibət ərtrafında kifayət qədər ətraflı müzakirələr olub.

C.Həsənli kütləvi aksiyalar məsələsinə də mövqe bildirib. O, 2014-15-ci illərdə Milli Şuranın aksiyalarını xatırladıb. 2015-ci il 21 dekabr devalvasiyasından sonra Milli Şuranın müdaxiləsi olmadan da xalqın etiraz olaraq küçələrə çıxması vurğulanıb. “İndi durum daha kritikdir, işsizllk, əmək haqları, pensiyaların alıcılıq qabiliyyəti aşağı düşüb, qiymət artımının qarşısı alınmır. Hökumətin atdığı addımların heç bi səmərəsi yoxdur, əksinə böhran daha da dərinləşir. Buna görə maliyyə, sosial, qitisadi sahədə çox acınacaqlı mənzərə görünür. Şübhəsiz ki, kütləvi aksiylarsız keçinmək olmayacaq”.

Daha çox göstər
Back to top button