İdman

Qunq-fui Avropa birinciliyi zamanı Ermənistan və Azərbaycan nümayəndələri arasında kütləvi vuruşmadan sonra tərəflər barışıb

Mayın 16-da Ukraynanın Lvov şəhərində erməni və azərbaycanlılar arasında baş vermiş hadisədən 2 həftə sonra tərəflər barışıblar və şərtləşiblər ki, şikayət ərizələrini geri götürsünlər.
Bu haqda NEWS.am-in müxbirinə Lvovun erməni icmasının rəhbəri Nikolay Koçaryan deyib.

“İki tərəflərin icmalar rəhbərləri təkrarən görüşmüş və son olaraq
şərtləşmişlər ki, şikayətlərini geri götürsünlər. Hazırda həmin proses aparılır”- deyə Nikolay Koçaryan bildirib.
Xatırladaq ki, Ukraynanın Lvov şəhərində mayın 12-15-də keçirilən Qunq-
Fuinin Avropa birinciliyi zamanı Ermənistan və Azərbaycanın
nümayəndələri arasında toqquşma baş verib.
Artsaxlı Davit Petrosyanın böyük üstünlüklə keçirilən yarışın son hissəsində Azərbaycan komandasının idmançısı erməni idmançısına zərbə
endirmək cəhdini edərkən , arxadan eləcə də rinqdə olan onun azərbaycanlı rəqibi hücum edib. Ondan sonra azərbaycan komandasının
idmançıları dəyənəklərlə Ermənistanın yığma üzvüləri üzərinə hücuma keçiblər.
Qeyd edək ki, hücuma məruz qalmış artsaxlı idmançı aprel müharibəsi zamanı Azərbaycan ordusunun 5 tankını və 1 HMM-nı vurmuş müvəqqəti ordu xidmətçisi Marat Petrosyanın qardaşıdır.
Toqquşmalardan sonra Lvovda vəziyyət kifayət qədər gərgin idi.

Daha çox göstər
Back to top button