Beynəlxalq

Formula 1-ni Azərbaycanda insan haqqları ilə bağlı vəziyyət haqqında ucadan səsləndirməyə çağırmışlar

Sports for Rights hüquq müdafiəçi təşkilatı Formula 1-ni “öz obrazını yaxşılaşdırmağa” çağırıb, Azərbaycanda insan haqqları ilə bağlı vəziyyət haqqında ucadan səsləndirməklə. Bu haqda The Guardian yazır. Formula 1-in Gran Pri-nin açılışı Azərbaycanda iyunun 9-da baş tutacaq.

Azərbaycanda insan haqqları üzərinə diqqəti cəlb etmək məqsədiylə yaradılmış təşkilat Berni Ekslstonu öz mövqeyini bildirməyə çağırıb.
“Biz Formula One-ın baş müdiri Berni Eksltona çağırmışıq ki, Azərbaycanda insan haqqları ilə bağlı problemlər haqqında açıq-açığına danışsın və siyasi məhbusları azad etməyə çağırsın.”-deyə Sports for Rights-ın kampaniyalarının sistemləşdiricisi Rebeka Vinsent bildirib.

“Bİz ona açıq məktub yazmışıq və bu hələ cavabsız qalıb.”-deyə o bildirib. O deyib ki, Eklston elə mövqedədir ki, bir şey edə bilər. “Bu Formula One-ın obrazını yaxşılaşdırmaq və Azərbaycanda insanlara kömək etmək imkanıdır.”-deyə Rebeka Vinsent bildirib.

“Bİz yarışı ləğv etmək xahiş etmirik, biz insanları getməməyə çağırmırıq. Biz cəban Eksltona xahiş edirik ki, bu imkandan istifadə edərək öz mövqeyini ifadə etsin. O ötən ildə demişdi ki, Azərbaycanda insan haqqları ilə bağlı problemlər yoxdur və insanlar orada sadəcə şad sayılır. Cəmi 5 dəqiqədə Google-da görmək olar ki, həqiqətən nə baş verir.”-deyə o qeyd edib.

Daha çox göstər
Back to top button