Beynəlxalq

Keçmiş Sovetski küçəsində söküntü ərazisində nə baş verir

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi iyunun 7-də “Bakının tarixi silinir. Vətəndaş cəmiyyəti nə etməlidir?” mövzusunda dəyirmi masa keçirib və “Sovetski küçəsi” ərazisində evlərin söküntüsü zamanı kütləvi qanun pozuntularının araşdırılması və memarlıq abidələrinin və şəxsi mülkiyyətin toxunulmazlığı hüquqlarının qorunması üzrə xüsusi işçi qrup yaradılması haqqında qərar qəbul edib.

“Sovetski” sakini Gülçöhrə Əliyevanın təşəbbüsü ilə iş beş istiqamətdə – tarixi və memarlıq abidələrinin qorunması, şəxsi mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsi, ekoloji və texnogen təhlükələrin araşdırılması və qarşısının alınması, cəmiyyətin müdafiəsi, məlumatlandırma və tarixi irsin və vətəndaş hüquqlarının müdafiəsinə yardım istiqamətlərində aparılacaq.

“Sovetski” adlanan geniş ərazidə evlərin sökülməsi 2013-cü ilin yazında qanuni əsas olmadan başlayıb və vətəndaşların konstitusiyada zəmanət verilmiş hüquqlarının kobud şəkildə pozulması, şəxsi mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması, yüzlərlə tarix və memarlıq abidəsinin dağıdılması ilə müşaiyət olunub.

Bütün qanunazidd işlərə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov və Yasamal rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev rəhbərlik edir, deyə “Sovetski” sakini, hazırda hökumətə qarşı məhkəməsi olan Faiq Əliyev bildirib.

Sakinlər bildiriblər ki, son vaxtlar evlərini tərk etməkdən imtina edən şəxslərin evlərinin sökülməsi intensivləşib. “Bizim qazımızı, suyumuzu, elektrik enerjisini kəsiblər və evimizdən çıxarmağa çalışırlar”, deyə Gülçöhrə Əliyeva bildirib.

Rəsmi olaraq “Sovetski” ərazisində 10 minə yaxın ünvan olduğu bildirilmişdi, bunların əksəriyyəti ötən əsrin əvvəllərində tikilib. 138-ə yaxın bina qanunla mühafizə olunan tarixi-memarlıq binaları siyahısına daxil edilib.

“Ölkənin ali qanunu, daha dəqiq isə 29-cu Mülkiyyət Hüququ maddəsi, o cümlədən şəxsi mülkiyyət hüququ qanunla mühafizə olunur. Heç kim məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tamamilə müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız əvvəlcədən onun dəyərinin ədalətli şəkildə ödənilməsi şərtilə yol verilə bilər”, deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.
Bu haqda contact.az məlumatlandırıb.

Evlərin söküntüsü dövlət ehtiyacı üçün özgəninkiləşdirmə adı altında aparılır. Amma qanun “ehtiyac” dedikdə magistral yolların, neft-qaz borularının, yüksəkvoltlu elektrikötürücü xətlərin, dövlət əhəmiyyətli kanalizasiyaların və hidrotexnik qurğuların tikintisini, dövlət sərhədinin möhkəmləndirilməsini, müdafiə təyinatlı obyektlərin tikintisini nəzərdə tutur. ““Sovetski”də bunların heç biri yoxdur və bu müddəanın tətbiqi yolverilməzdir”, deyən şairə Kəmalə Əbiyeva qeyd edib ki, şəxsi mülkiyyəti sökənlərin istinad etdikləri Bakının Baş İnkişaf Planı indiyədək qanun kimi təsdiq edilməyi
Hökumət iddia edir ki, “Sovetski” sakinlərinin əksəriyyəti hakimiyyətlə qarşılıqlı razılaşma əsasında kompensasiya alaraq, öz evlərini tərk edib gediblər. Amma “Sovetski”nin qorunması haqqında müraciətin altına artıq minlərlə imza toplanıb.

Sovetski küçəsi Bakıda tarixi yaşayış məhəlləsinin qeyri-rəsmi adıdır. Sovetskidə yüzdən çox yaşı olan bir çox yaşayış binası, məscidlər, hamamlar, muzeylər, məşhur şəxslərin yaşadığı evlər var. Bu məhəllə həmçinin “Bayır şəhər” adı ilə məşhurdur.

Daha çox göstər
Back to top button