Ekonomika
«Samsung»un nümayəndəliyi bağlanır

«Samsung Electronics Central Eurasia» Məhdud Məsuliyyətli Ortaqlığın Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğu bildirilir.
«Vergilər» qəzetinin xəbərinə görə, bununla bağlı qərar iyunun 3-də qəbul olunub.
Kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.