İctimaiyyət

QXBK nümayəndələri erməni-azərbaycan sərhədini kəsmiş vətəndaşa baş çəkiblər

Qızıl Xaç Beynəlxalq Komitəsinin Ermənistandakı idarəsinin nümayəndələri bu gün erməni-azərbaycan sərhədini kəsmiş vətəndaşa baş çəkmişlər. Bu barədə Panorama.am-ə QXBK Ermənistandakı idarəsinin mətbuat məsələləriylə məsuliyyətçisi Zara Amatuni bildirib.

“Deyə bilirəm ki, təşkilatımızın nümayəndələri ona baş çəkmişlər, lakin hər hansı bir məlumat bildirmirik.”-deyə Amatuni qeyd etdi. Onun sözlərincə, təşkilatın mandatına əsasən, vətəndaşın adı-familiyası, vətəndaşlığı, onu üçüncü ölkəyə göndərmək haqqında məlumatlar verilmir. Adətən bu informasiya bizim və hakimiyyətlərin müzakirəsi məsləsidir.”-deyə Amatuni bildirdi.

Daha əvvəl bildirmişdik ki, Ermənistanın və Azərbaycanın şimali-şərqi sərhədində, İcevan istiqamətində azərbaycanlı mənbələrin verdiyi məlumata görə, erməni tərəfinə Azərbaycanın vətəndaşı 38 yaşlı Zohra Vəliyeva Vardazar qızı keçmişdir.

Daha çox göstər
Back to top button