BaşlıcaBeynəlxalq

AŞ çex deputatı: “Almaniya tərəfindən Soyqırımı formulasının qəbulunun domino təsiri olacaq”

Çex hərbi jurnalist, Avroparlament deputatı, AB- Ermənistan və AB-Azərbaycan parlament əməkdaşlığının , eləcə də “Avronest” PA-nın nümayəndəlik üzvü Yaromir Ştetina Çexiya Respublikasının prezidenti Miloş Zemanın ölkə hökumətinə Almaniyanın nümaunəsini izləmək çağırışını müsbət addım olaraq qiymətləndirir.
“Prezidentin səsi, əlbətdə təsiredici səsdir. Mən onun həmin addımını bütünlüklə təqdirəlayiq görürəm, çünki Çexiya parlamenti hələlik Soyqırımını qəbul etməyib. Bu bizim dövlətimizin eyibidir”-deyərək deputat “Armenpress” ilə söhbətində qeyd edib.
Onun sözlərincə,Prezident Zemanın bəyanatından sonra böyük şanslar var ki, Çexiya nəhayət Erməni Soyqırımını qəbul edəcəkdir.
“Təbii ki, perspektivlər vardır, çünki faktiki olaraq, ən güclü partiyalardan biri Sosial-demokrat partiyasıdır ki, mənim bildiyimə görə Soyqırımını tanımağa tərəfdir.
Məncə onun qətiyyətli rolu var və erməni diplomatları gərək məhz bu partiyanın deputatları ilə işlər aparmaq üzərində çalışsın.
Həm erməni diplomatiyası, həm də Spyurk (Erməni diasporu), bütün Avropada işlər görməlidir.Ona görə ki, faktiki olaraq ən təsiredici rolu olan ölkələrdən birinin , Almaniyanın qərarı domino təsirinə malik ola bilər”-deyərək o inam bildirib.
Çex-türk münasibətlərinə və Türtkiyənin gələcək addımlarına geri dönməklə deputat qeyd edib:
“Məncə iki ölkələrin əlaqələri NATO-da həmkarlar olmaq üzərində əsaslanıb, bununla belə onu bu məsələylə heç bir vəchlə bağlamaq istəməzdim.
Ümumiyyətlə Türkiyənin iqtisadiyyat münasibətləri Avropayla, xüsusən Almaniyayla daha əzəmətli olacaq, nəinki Türkiyənin həmin qərarı məhkum etmək cəhdidir, ondan başqa o Avropanın baş iqtisadiyyat həmkarıdır.O bəlkə də şikayət edər, bəlkə hədələyər, lakin düşünmürəm ki, sonrakı nəticələri çox ciddi olacaq”-deyə Yaromir Ştetina bildirib.
Onun sözlərincə, bu məsələdə Azərbaycanın mövqeyi onu qətiyyən təəccübləndirmir.
“Azərbaycanlılar eyni türklərdir, sadəcə olaraq biri türk adlanır digəri azəri”-deyərək Avroparlamentin deputatı yekunlaşdırır.
Almaniyanın Bundestaqı iyunun 2-də Erməni Soyqırımı tanımaq formulasını qəbul edib ki, o da “1915 və 1916-cı illərdə ermənilər və digər xristian azlıqların soyqırımı xatirəsi və Anımı barədə” adını daşıyıb.
Formula cəmi bir əleh və bir bitərəf səslərlə qəbul olunub.
İyunun 8-də Çexiyanın Prezidenti Miloş Zemanın Ermənistana rəsmi səfəri çərçivələrində elan edib ki, Çexiyaya qayıdan kimi hökuməti və parlamenti səsləyəcək ki, Almaniyanın nümunəsini izləsin və rəsmi olaraq türklər tərəfindən həyata keçirilən Erməni Soyqırımını tanısınlar.

Daha çox göstər
Back to top button