Bako Sahakyan Belçikanın Mexelen şəhərinə səfər edib
Artsax Respublikası prezidenti Bako Sahakyan iyunun 10-da Belçikanın Mexelen şəhərinə səfər edib.
Bu barədə DQR prezidentinin administrasiyasının informasiya və ictimaiyyət ilə əlaqələr idarəsindən bildirirlər. Prezident şəhər başçısı Bart Zomers, şəhər başçı müavini Mark Hendriks və bir sıra digər vəzifəlilər ilə görüşüb.
Görüş ərzində Mexelen və Artsaxın qarşılıqlı əməkdaşlığına dair məsələlər müzakirə edilib. Prezident Sahakyan qeyd edib ki, Arstaxın və digər ölkələrin şəhərləri və rayonları arasında əlaqələrin təsdiqlənməsi və inkişafı ikitərəfli əməkdaşlığın başlıca istiqamətlənrindən biridir, xüsusən iqtisadi, elmi-təhsil və humanitar sahələrdə.
Prezidentin şərəfinə Mexelenin bələdiyyəxanasında rəsmi qəbul təşkil edilib ki, orada da həmçinin bir sıra erməni təşkilatların nümayəndələri iştirak edirdilər.
Həmin gün prezident Mexelen şəhərində Erməni soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş xaçkar-abidəyə əklil qoyub. Bako Sahakyan oxşar abidələrin mövcudluğunu müxtəlif ölkələrdə mühüm sayıb bunların əhəmiyyətini Erməni soyqırımının beynəlxalqcasına tanınması və günahsız qurbanların xatirəsini əbədiləşdirmək baxımından vurğulamaqla.