
ATƏT MQ amerikalı həmsədri Ceyms Uorlik təsdiqləyib ki iyunun sonunda Qarabağ nizamlanması məsələsiylə görüş nəzərdə tutulur. “Baxmayaraq ki, biz görüşün xırdalıqları haqqında bilmirik, lakin təsdiqləyə bilirəm ki, görüş iyunun axırına baş tutacaq.”-deyə amerikalı həmsədr bildirib. Amerikalı vasitəçi ümidvar olduğunu bildirib ki, tərəflər mayın 16-da Vyanada əldə olunmuş razılaşmalara dair müzakirələrə davam etdirəcəklər.