Beynəlxalq

Türkiyədə toxunulmazlıqdan məhrum olunmuş 152 deputatlar məhkəmə qarşısında dayanacaqlar

Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ parlament deputatlarının bir hissəsini toxunulmazlıqdan məhrum etmək qərarına geri dönərək elan edib ki, dünən 117 iş prokurorluğa göndərilib.
“Milliyet” qəzetinin saytı məlumatlandırır ki, Bozdağ elan edib ki, beləliklə 152 deputatlar üçün “məhkəmə yolu” açılıb.
TRT Naber-in canlı yayımında nazir suallara cavab verib.
O, qeyd edib ki, deputatların işiylə bağlı nazirlikdə 117 papka olub ki, onlar da toxunulamzlıqdan məhrum etməkçün konstitusiya dəyişikliklərini qəbul
etdikdən sonra prokurorluğa göndərilib.
“Parlamentdən göndəriləcək papkalar da bizə çatdıqdan sonra göndəriləcək.
İşlər onlara çatdıqdan sonra prokurorluq istintaq işini davam etdirəcəkdir”-deyə o qeyd edib.
Türkiyə Məclisində Konsitusiya dəyişikliklərinin müzakirələri səs-küylü hadisələrlə və dava-dalaşla müşaiyyət olunub.
Baxmayaraq ki, artıq parlament 150-dən artıq deputatları toxunulmazlığından məhrumetmə qərarını qəbul etmişdir.
Toxunulmazlıqdan əsasən kürdpərəst “Xalqlar demokratiyası” partiyasının deputatları məhrum olunmuşlar.
Çoxsaylı beynəlxalq strukturlar və ölkələr bu Konsitusiya dəyişiklikləriylə bağlı narahat olduqlarını bildirmişlər.

Daha çox göstər
Back to top button