Beynəlxalq

“EurasiaNet.org”: Azərbaycan ombudsmeni məhbusların işgəncələr faktlarını gizlədir

Azərbaycanın mülki fəalları və müxalifəti ölkənin ombudsmeni Elmira Süleymanovun işindən xeyli narazıdır. Bu haqda “EurasiaNet.org” saytı yazır.

Qeyd edilir ki, “Formula 1” yarışına bir neçə gün qalıb və hüquq müdafiə təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan da insan haqqları vəziyyəti üzərinə cəlb etməyə cəhd edirlər. Bu ölkənin ombudsmeni 79 yaşlı Elmira Süleymanovadır kim ki, 2002-ci ildən bəri bu vəzifədədir. Lakin məsələ ondan ibarətdir ki, o həqiqətən insan haqqlarının müdafiəsi üçün nə edir?

Beləliklə, Azərbaycanın mülki fəalları və müxalifəri onun işində narazıdır. Son vaxtlarda Süleymanov xüsusən tənqidə məruz qalıb haçan onun nümayəndələri gənc fəallar Bayram Məmmədova və Qiyas İbrahimova baş kəkdilər.

Xatırlanır ki, Məmmədov və İbrahimov mayın 10-da saxlanılıb, Azərbaycanın sabiq prezidenti Heydar Əliyevin ad günü ərəfəsində haçan onlar abidənin üstündə “Qullar bayramı münasibətiylə təbrik edirik.” Ifadəsini yazmışdılar. Onları narkotik maddələr saxlamaqda günahlandırdılar.

Fəalların vəkili Elçin Sadıqov təsdiqləyib ki, onlar həbsxanada işgəncələrə məruz qalıblar və özü onların bədnlərində bunların nəticələrini görüb. Lakin ombudsmenin idarəsinin həkimləri elan ediblər ki, “zorakılığın heç bir sübutu” görməyiblər. Bundan sonra QXBK nümayəndələri bəyan ediblər ki, fəalların əllərində və ayaqlarında işgəncələrin izləri olub. Ombudsmen Süleymanova bununla bağlı heç bir şey deməyib. “Ombudsmen daima işgəncələrin oxşar insidentlərini gizlətməyə cəhd edirdi.”-deyə vəkil bildirib.

Mayın 20-də Məmmədov 6 günlük aclıq elan etdi, lakin “EurasiaNet.org-un nümayəndələri bununla bağlı ombudsmen ilə danışa bilmədilər.

Məqalədə qeyd edildiyi kimi, Sleymanova öz vəzifəsi üçün Heydar Əliyevə minnətdardır. İndi isə onun idarəsi Azərbaycan hökuməti və İlham Əliyevin siyasi partiyası “Yeni Azərbaycan” tərəfindən maliyyələşdirilir.

Daha çox göstər
Back to top button